Diri-diri gözlərin və yaxud... akademik toyda səslənən musiqilər haqda... - Firuz Mustafa yazır

“Diri-diri gözlərin” və yaxud... akademik toyda səslənən musiqilər haqda... Firuz Mustafa yazır

Səsi-sorağı yaxınlara-uzaqlara yayılan məşhur toy şənliyinin montaj olunmuş 2-3 dəqiqəlik hissəsinə tam təsadüfən baxası oldum. Gərək heç baxmayaydım... Təəssüf.
Yox, ağlınıza başqa şey gəlməsin. Məlum və mövcud şəraitlə bağlı qayda-qanunu pozanlar haqlı olaraq cəzalandırıblar. Bu, öz yerində...
Toy sahibi müəllimi tərəfindən cəzalandırılan cığal uşaq kimi haray-həşir qoparıb deyir ki, axı filankəslər də dərsi pozub, niyə təkcə məni küncə qoyursuz? Bu da heç.
Kürəkən uzun illərdən bəri ölkənin taleyüklü məsələlərinin həllində rol oynamış qaynatasını “tayfa başçısı” adlandırır və bu dəm adamın ağlına hindu qəbiləsinin rəhbərləri düşür. Bunu da anlamaq olar.
İllər uzunu yazılanlarıı üzündən oxuyan, özünün bir kəlmə sözü olmayan, kompüterdə yaza bilməsə də ortada bir sətirlik əlyazması olmayan “tayfa ağsaqqalını” ölkənin sahibi və özünü çox “xırda adam” kimi təqdim digər bir akademikin “cahanşümul” çıxışının üstündən də sükutla keçmək olar...
Bu işlərə çox da baş qoşmaq yerinə düşməzdi bəlkə də.
Amma, lakin və fəqət...
Ən çox təəccüb və təəssüf doğuran toyda səslənən musiqi nömrələrinin hədsiz bəsitliyi idi. O 2-3 dəqiqəlik lentdə səslənən və ifa olunan hava və havacatlar nə qədər... İstədim primitiv, səviyyəsiz deyəm, ta demirəm.
Özünü az-çox ziyalı hesab edən kəs adətən öz “tayfalarının” və yaxınlarının toyunda çalıb-oxuyanlara işarə edir ki, bizim məclisdə ara mahnıları oxumayın...
Ay rəhmətliyin nəvəsi, heç “Diri-diri gözlərin”in və digər bu səpkili havaların yeridir...?
İndi bilib nəticə çıxarmaq olar ki, niyə uzun illərdir efir və ekran məkanını bu cür ara, küçə və “toy mahnıları” zəbt edib? Axı toy sahibi həm də bu sahənin “kurasiyasını” yapıb.
Allah ömür versin. Barı nəticə toyunda repertuara bizim gözəl, klassik müasir, xalq və bəstəkar mahnılarını da daxil edərsiz.
Quranda musiqi haqda deyilənləri oxuyuruq: “İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (...) satın alar. Onların rüsvayedici bir əzabı olacaqdır”. (“Loğman” 6).
İmam Sadiq (ə) ki, qonşusunun müsiqi səslərini dinləməyi sevən səhabələrindən birinə belə buyurmuş: “Tövbə qüslü al və bacardığın qədər namaz qıl. Əgər bu halda ölsəydin, necə də pis halda olardın. Çirkin işləri öz əhlinə burax, çünki hər şeyin əhli vardır”.
Allah mübarək eləsin. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !