Oduncaq tədarükü başlanıb -

Oduncaq tədarükü başlanıb

Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində odun tədarükünə başlanıb və tədarük olunan oduncaq Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, Təhsil, Səhiyyə müəssisələrinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə dəyəri ödənilmək şərtilə verilir.
Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev bildirib ki, şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə oduncaq tədarükü prosesi QHT nümayəndələri və ictimai fəalların iştirakı ilə həyata keçirilir.


“Bioloji inkişafdan qalmış, köküstə qurumuş, əyilmiş ağacların sanitar qırıntısı prosesi gedir. Qırmaya aid olan ağaclar mütəxəssislər tərəfindən əvvəlcədən müəyyən olunur, nömrələnir və onların kəsilməsinə rəy verilir”.


Nazir müavini qeyd edib ki, aşağıdakı meşə ərazilərində oduncaq tədarükü həyata keçirilir:


•    Balakən rayonu, Kortala meşəbəyliyinin 6-cı və Qabaqçöl meşəbəyliyinin 3-cü dolayları;


•    Zaqatala rayonu, Muğanlı meşəbəyliyinin 4-cü dolayı;


•    Qax rayonu, Qax meşəbəyliyinin 2 və 9-cu, Qıpçaq meşəbəyliyinin 3, 5 və 10-cu dolayları, Qum meşəbəyliyinin 5, 6 və 7-ci dolayları, İlisu meşəbəyliyinin 1 və 4-cü dolayları;


•    Qəbələ rayonu, Yenikənd meşəbəyliyinin 11-ci və Bum meşəbəyliyinin 14-cü dolayları;


•    İsmayıllı rayonu, Basqal meşəbəyliyinin 3-cü və Qalıncaq meşəbəyliyinin 11-ci dolayları;


•    Şamaxı rayonu, Ağsu meşəbəyliyinin 7-ci və Dədəgünəş meşəbəyliyinin 6-cı dolayları;


•    Şabran rayonu, Dəvəçi meşəbəyliyinin 2 və 4-cü, Dənizkənarı meşəbəyliyinin 7-ci, Pirəbədil meşəbəyliyinin 6 və 8-ci dolayları;


•    Daşkəsən rayonu, Əmirvar meşəbəyliyinin 8-ci dolayı;


•    Gədəbəy rayonu, Şınıx meşəbəyliyinin 5-ci və Qızılca meşəbəyliyinin 7-ci dolayları;


•    Lerik rayonu, Razvandoband meşəbəyliyinin 19-cu və Lerik meşəbəyliyinin 5-ci dolayları;


•    Lənkəran rayonu, Haftoni meşəbəyliyinin 17-ci dolayı;


•    Yardımlı rayonu, 3 saylı meşəbəyliyinin 8-ci dolayı;


•    Cəlilabad rayonu, Cəlilabad meşəbəyliyinin 8 və 9-cu, Göytəpə meşəbəyliyinin 10 və 11-ci dolayları;


•    Tovuz rayonu, Cırdaxan meşəbəyliyinin 18 və 23-cü, Yanıqlı meşəbəyliyinin 45-ci, Qovlar meşəbəyliyinin 3-cü, Şamlıx meşəbəyliyinin 40-cı dolayları.
 


F.Əliyevin sözlərinə görə oduncaq tədarükü həyata keçiriləcək meşə sahələri barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !