Coğrafiyaçı mütəxəsiss bölgədə kənd turizm potensialını tədqiq edib - -FOTO=3

Coğrafiyaçı mütəxəsiss bölgədə kənd turizm potensialını tədqiq edib -FOTO=3

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri, c.ü.f.d., dosent Zaur İmrani etnik kəndlərin turizm potensialını tədqiq etmək məqsədilə Azərbaycanın Şimal-Qərb bölgəsinə səfər edib.
Mütəxəssis tədqiqat prosesində yaxından iştirak edən AMEA Şəki Regional Elmi Mərkəzinin “Ekoloji coğrafiya” şöbəsinin müdiri Yusif Rəhimovla birlikdə Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ rayonlarında müsəlman və xristian ingloyların, avar, saxur, ləzgi və udinlərin kompakt yaşadıqları kəndlərdə təbii və antropogen turizm abidələrinə baxış keçiriblər. Tədqiqat nəticəsində öz unikallığı ilə seçilən turizm abidələri ilə yanaşı, turizm sektorunda mövcud olan bir sıra problemlər də müəyyən edilib. Bəzi turizm abidələrinin lazımı səviyyədə qorunmaması və mühafizəsinin aparılmaması, ətraf ərazilərdə natəmizliyin hökm sürməsi, kənd əhalisinin abidələrin hasara alındığı yerlərdə mal-qara otarması diqqətdən yayınmayıb.
Coğrafiyaçı alim qeyd edib ki, bunlara baxmayaraq, tədqiq olunan Mahamalar, Salban, Qabqçöl, Qaxbaş, Qum, Kötüklü, Ləkit, Şin, Nic və s. kəndlərin böyük turizm potensialı var və gələcəkdə bu kəndlərə həm yerli, həm də xarici turist axını gözlənilir.
AMEA akademik. H. Əliyev adına
Coğrafiya İnstitutunun
ictimaiyyətlə əlaqələr şöbəsi  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !