Meşə fonduna ziyan vuran şəxs cəzalandırılıb -

Meşə fonduna ziyan vuran şəxs cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Ağdaş rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı “HOVA” markalı 04-BO-804 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində yeşik düzəltmək üçün doğranmış 35000 ədəd taxta aşkar olunub.



Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz yolla əldə edilmiş meşə materialından hazırlanmış yeşik taxtalarının Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Aqil Bəşirova məxsus olduğu və meşə fonduna 1971 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.


“Faktla bağlı akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi, ağacların hansı meşə ərazisindən kəsilib emal edildiyinin müəyyənləşdirilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Ağdaş rayon Prokurorluğuna göndərilib”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !