Masallı rayonunda Seyidoba yoluna asfalt döşənib - -FOTO=2(AZpressAZ) Ə.Şükürov

Masallı rayonunda Seyidoba yoluna asfalt döşənib -FOTO=2(AZpressAZ) Ə.Şükürov

Respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar kəndlərə yeni yolların çəkilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin imzaladığı çoxsaylı sərəncamlar Masallı rayonunda da uğurla icra olunur.
Yol infrastrukturunun yenidən qurulması, vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində qısa vaxt ərzində Masallı şəhərinin 18 prospekt və küçəsinə asfalt döşənməsi işi başa çatdırılıb. Yol inşaatçıları həmin küçələrdə iş qurtaran kimi rayonun ən ucqar yaşayış məskəni Kolatanın Seyidoba məhəlləsinin sakinlərinin istəyi ilə burada 1450 metr uzunluğunda olan yola asfalt döşəyiblər.
Yolun asfaltlanması sakinlər tərəfindən razılıqla qarşılanıb. Bu münasibətlə Kolatan kəninin Seyidoba məhələsində karantin qaydaları gözlənilməklə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, iş adamı Xudayar Rəhimov, Seyidoba sakini Rauf Cəbiyev və başqaları çıxış ediblər. Qeyd olunub ki, tikinti-quruculuq işləri bundan sonra da geniş vüsət alacaq.
İstər rayonda, istərsə də kəndlərdə həyata keçirilən tikinti-quruculuq, yol infrastrukturunun yenidən qurulması işlərini yüksək qiymətləndirən çıxışçılar və sakinlər Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !

https://www.facebook.com/wwwazpressaz
https://www.instagram.com/azpress.az/

=================================================================
=================================================================
=================================================================
 
TƏSİSÇİ və BAŞ REDAKTOR :
R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 
e-mail:  
 
WhatsApp:
https://wa.me/994503311111