AzTU-da təhsil almaq istəyən abituriyentlərin nəzərinə! - - FOTO

AzTU-da təhsil almaq istəyən abituriyentlərin nəzərinə! - FOTO

2020/2021-ci tədris ili üzrə Azərbaycan Texniki Universitetində (AzTU) tələbə qəbulu üçün 2160 plan yeri ayrılıb. Bunlardan 1960 yer Azərbaycan, 185 yer rus, 15 yer isə ingilis bölməsi üzrədir.


Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında I və ya II ixtisas qrupunu seçən abituriyentlərə aşağıdakı ixtisaslar təqdim olunur:
 


I qrup üzrə


Kompüter elmləri;
Cihaz mühəndisliyi;
Ekologiya mühəndisliyi;
Elektrik və elektronika mühəndisliyi;
Energetika mühəndisliyi;
Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi;
İnformasiya təhlükəsizliyi;
İnformasiya texnologiyaları;
Kimya mühəndisliyi;
Kompüter mühəndisliyi;
Sənaye mühəndisliyi;
Hərbi kompozisiya materialları mühəndisliyi;
Hərbi rabitə materialları mühəndisliyi;
Optotexnika mühəndisliyi;
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi;
Pirotexniki və partladıcı vasitələr mühəndisliyi;
Silah və silah sistemləri mühəndisliyi;
Mexatronika və robototexnika mühəndisliyi;
Maşın mühəndisliyi;
Materiallar mühəndisliyi;
Mədən mühəndisliyi;
Metallurgiya mühəndisliyi;
Mexanika mühəndisliyi;
Mühəndis fizikası;
Nəqliyyat mühəndisliyi;
Proseslərin avtomatlaşdırılması mühəndisliyi;
Radiotexnika və telekommunikasiya mühəndisliyi;
 


II qrup üzrə


Beynəlxalq ticarət və logistika;
İqtisadiyyat;
Marketinq;
Menecment;
Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə);



AzTU-ya qəbul olunan abituriyentlər müvafiq ixtisaslar üzrə “Nəqliyyat və logistika”, “Energetika, elektrotexnika və avtomatika”, “Metallurgiya və materialşünaslıq”, “Maşınqayırma və robototexnika”, “İnformasiya və telekommunikasiya texnologiyaları” və “Xüsusi texnika və texnologiya” fakültələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil alacaq. 



Qeyd edək ki, AzTU Azərbaycanda müdafiə sənayesi sahəsi üçün kadr hazırlayan yeganə universitetdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !