53 NƏFƏR AZTƏMİNATLI VƏRƏM XƏSTƏSİNƏ HUMANİTAR YARDIM EDİLİB - -FOTO=6

53 NƏFƏR AZTƏMİNATLI VƏRƏM XƏSTƏSİNƏ HUMANİTAR YARDIM EDİLİB -FOTO=6

 30 iyul tarixində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlamlığa Xidmət” İctimai birliyi Binəqədi, Yasamal, Sabunçu rayonlarında və Sumqayıt şəhərində məskunlaşan 53 nəfər vərəm xəstəsinə Azərpoçt vasitəsilə ərzaq yardımı və tibbi qoruyucu vasitələr göndərib. Hər ərzaq paketinə 18 adda məhsul, tibbi maska, antiseptik vasitələr və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış COVİD-19 pandemiyası ilə bağlı məlumatlandırıcı materiallar daxil edilib.
31 iyul Qurban Bayramı münasibətilə İctimai birlik əməkdaşları xüsusi təşəbbüs göstərərək öz qurban paylarını da sovqata əlavə etmiş və vərəm xəstələrini sevindirmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !