Dövlət təltifləri energetiklərə təqdim olunub - - FOTO

Dövlət təltifləri energetiklərə təqdim olunub - FOTO

Energetika  Nazirliyinin dövlət təltiflərinə layiq görülən əməkdaşlarına mükafatlar təqdim olunub.
Energetika naziri Pərviz Şahbazov təltif olunmuş əməkdaşların dövlət qulluğunda səmərəli fəaliyyətini yüksək qiymətləndirərək onlara gələcək işlərində  uğurlar arzulayıb.


Çıxış edən əməkdaşlar onların əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.


Qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dövlət qulluqçularının təltif edilməsi haqqında” 23 iyun 2020-ci il tarixli Sərəncamı ilə  Energetika Nazirliyinin  əməkdaşları- Həsənov Ələsgər Bəndalı oğlu və Rüstəmova İlhamə Kazbek qızı "Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !