Həkimlərə Səyyar ASAN xidmət göstərilib -

Həkimlərə Səyyar ASAN xidmət göstərilib

Türkiyə Respublikasından ölkəmizə koronavirus (COVID -19) infeksiyasının qarşısının alınması məqsədi ilə gələn rezident və həkim mütəxəssislər üçün Səyyar ASAN xidmət həyata keçirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan “Yeni klinika”nın  müraciəti əsasında  3 rezident həkimə səyyar formada şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti göstərilib.

1, 4 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzində isə 18 rezident və 10 həkim mütəxəssis üçün  İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Asan imza sertifikatlarının və VÖEN-nin alınması xidmətləri həyata keçirilib.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !