Nyu Yorkda Ermənistanın BMT yanındakı daimi nümayəndəliyi və konsulluğu önündə etiraz aksiyaları keçirilib - - FOTO

Nyu Yorkda Ermənistanın BMT yanındakı daimi nümayəndəliyi və konsulluğu önündə etiraz aksiyaları keçirilib - FOTO

İyulun 24-də ABŞ-ın Nyu York şəhərində Ermənistan silahlı qüvvələrinin ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribatlar törətməsi və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını indiyədək işğal altında saxlaması ilə bağlı etiraz aksiyası keçirilib.


Azərbaycan–Nyu York Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən ilk aksiya Ermənistanın BMT yanındakı daimi nümayəndəliyi önündə baş tutub. Etiraz aksiyasında 150 nəfərə yaxın soydaşımız iştirak edib. Onların arasında Amerikanın Nyu Cersi, Pensilvaniya, Massaçusets və Virciniya ştatlarından gələn azərbaycanlılar olub.


Aksiya Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla anılması, Azərbaycanın dövlət himnini səsləndirməsi ilə başlayıb. Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının dalğalandığı aksiyada “Ermənistanın təcavüzkar siyasətinə son!”, “Qarabağ Azərbaycandır!”, “Ermənistan, rədd ol Azərbaycandan!!”, Ermənilər siz soyqırımda günahkarsız", "Ermənilər körpələrin qatilləridir!", "Ermənistan terrorçudur!", "Qarabağ bizimdir, bizim olacaq!" və sair şüarlar, "Qarabağ!", "Azərbaycan!" və "Azərbaycan-Türkiyə!" kəlmələri davamlı olaraq səsləndirilib.
Aksiya boyu üzərində Azərbaycanın xəritəsinin, Qarabağ həqiqətlərinə dair tarixi faktların və “Ermənistanın təcavüzkar siyasətinə son!” şüarının əks olunduğu Led ekranlı avtobus BMT nümayəndəliyinin qarşısında hərəkət edib. Bu avtobus gün ərzində Bruklin və Manhetten, eləcə də ermənilərin sıx yaşadığı əraziləri dolaşaraq Nyu York sakinlərinin diqqətini cəlb edib.


Sonra azərbaycanlı icmasının üzvləri yürüş edərək növbəti etiraz aksiyasını Ermənistanın Nyu Yorkdakı konsulluğu qarşısında davam etdiriblər.


Azərbaycanlı icmanın haqlı mövqeyi qarşısında ermənilər səslərini çıxara bilməyiblər.


Yerli polis aksiyaya nəzarət edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !