Praqada azərbaycanlıların aksiyası başlayıb - - FOTO

Praqada azərbaycanlıların aksiyası başlayıb - FOTO

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalar keçirir.


Hazırda Çexiyanın paytaxtı Paraqa şəhərində “Çex Respublikasındakı Azərbaycan İcması” təşkilatının təşkilatçılığı ilə soydaşlarımızın aksiyası keçirilir. Təşkilatın rəhbəri Eldar Vəliyevin verdiyi məlumata görə, ermənilərin Azərbaycanın Cex Respublikasındakı  səfirliyinin binası qarşısına toplaşacağını eşidən soydaşlarımız dövlətimizə dəstəklərini ifadə etmək üçün  buraya axın edib. Aksiyada Praqa, eləcə də Brno şəhərlərində yaşayan azərbaycanlılar iştirak edir. Təxminən 200-ə qədər azərbaycanlı güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın işğalçılıq siyasətinə və erməni təxribatlarına  son qoyulmasını tələb edir.


Əllərində ermənilərin Azərbaycan Ermənistan sərhədinin Tovuz iatiqamətində törətdikləri təxribatlar zamanı həlak olan hərbçilərimizin şəkillərini daşıyan aksiya iştirakçıları çex və ingilis dillərində şüarlar səsləndirirlər.


Qeyd edək ki, bir qrup erməni də səfirliyimizin binası yaxınlığına toplaşıb.


Soydaşlarımız səfirliyin binası qarşısında  aksiyanı bitirdikdən  sonra Praqa şəhərinin mərkəzinə toplaşaraq icazəli dinc aksiyaya davam edəcəklər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !