Naxçıvan Bölməsinin Elmi Kitabxanasında virtual sərgi açılıb -

Naxçıvan Bölməsinin Elmi Kitabxanasında virtual sərgi açılıb

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında cari ilin birinci yarısında bölmənin tərkibindəki elmi qurumlarda aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən nəşrlərdən ibarət virtual sərgi təşkil olunub.
Sərgidə “Naxçıvanın Eneolit abidələri”, “Naxçıvan Bölməsinin 2019-cu ilin biblioqrafik göstəricisi”, “Dilçi-türkoloq alim Əbülfəz Quliyevin biblioqrafik göstəricisi”, “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək), “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı”, “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri”, “Ədəbi-bədii dil və dilçilik araşdırmaları”, “Naxçıvan ədəbi mühiti Şərq və Qərb kontekstində”, “Naxçıvan Muxtar Respublikasında ekoturizmin inkişaf perspektivləri”, “Yeni Dünya nizamı və onun mahiyyəti” və “Folklorşünaslıq şöbəsinin biblioqrafik göstəriciləri” adlı kitab və monoqrafiyalar istifadəçilərin ixtiyarına verilib.
Həmçinin, burada əməkdaşların müxtəlif mətbuat orqanlarında və internet saytlarında dərc olunan yazılarının bəzilərinin elektron versiyaları da oxuculara təqdim olunur.
Qeyd edək ki, pandemiya dövründə Elmi Kitabxana öz fəaliyyətini onlayn formada davam etdirir. https://docs.google.com/presentation/d/1av28iM5SFbJH1suYI1TNxx7LSUef5KMJwMcMVusIER8/edit?p
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsi 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !