Qarabağ münaqişəsi ətrafında baş verənlər çox təhlükəli mərhələyə keçir... - Asaf Quliyev xəbərdar edir...

Qarabağ münaqişəsi ətrafında baş verənlər çox təhlükəli mərhələyə keçir... Asaf Quliyev xəbərdar edir...

QARABAĞ ÜÇÜN SOS!!!
Bəlkə də indi yazdıqlarıma görə, məni qınayacaqsınız. Amma Qarabağ münaqişəsi ətrafında baş verənlər çox təhlükəli mərhələyə keçir və düzəldilməsi mümkün olmayan nəticələr verə bilər.
Böyük Ermənistan ideoloqları və bu ideyadan bəhrələnən Rusiya münasibətləri ərazi münaqişəsi müstəvisindən milli münaqişə müstəvisinə keçirmək üçün hər şeyi edirlər. Son günlər aparılan təbliğat və Amerikada, Avropada, Rusiyada baş verənlər bu keçidin reallaşması üçün edilir.
Problemin milli münaqişə müstəvisinə keçməsi Azərbaycanın milli maraqlarına uyğun deyil!!!
Birincisi – Milli münaqişələrin həlli ərazi münaqişələrindən daha ağrılı və daha uzunmüddətl prosesdir.
İkincisi – Vaxtın uzanması Azərbaycanın milli maraqlarına uyğun deyil. Bu ermənilərdə özünəinam, azərbaycanlılarda isə düşkünlük yaradır.
Üçüncüsü – Dağlıq Qarabağda etnik təmizləmə aparılması mümkün deyil. Bu o deməkdir ki, biz Dağlıq Qarabağda ermənilərin mövcudluğunu qəbul etməli və problemin həllinə yanaşı yaşayış prizmasından yanaşmalıyıq.
P.S. Heç kim inciməsin məlum videolara “filankəs erməniya yaman vurdu”, “dığaları yaman qovdular” tipli şərhlər vətənpərvərlik göstəricisi deyil... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !