İctimai Şuraların fəaliyyəti təşviq ediləcək -

İctimai Şuraların fəaliyyəti təşviq ediləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi  “İctimai Şuraların fəaliyyətinin təşviqi” layihəsinin icrasına başlayıb.

Bu barədə ictimai birliyin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə məlumat verib.


Təşkilat sədri bildirib ki, layihə vətəndaş cəmiyyəti təşkilatlarının Açıq hökumətin təşviqi sahəsində rolunun artırılması, ictimai iştirakçılığın təbliği, VCT-lərin qərar qəbul etmə prosesində iştirakının gücləndirilməsi və ictimai şuraların fəaliyyətinin təşviq edilməsindən ibarədir:  “Bildiyimiz kimi “İctimai iştirakçılıq haqqında” Qanunun 2014-cü ildən qüvvəyə minib. Bu müddət ərzində bir çox mərkəzi icra hakimiyyəti və bir neçə yerli icra hakimiyyəti orqanları  yanında İctimai Şuralar yaradılıb. Hal-hazırda bu ictimai şuraların fəaliyyətinin təşviq edilməsi və rəqabət mühitinin yaradılması vacib şərtdir. Bu təşviq edilmə həm İctimai Şura üzvləri həm də müvafiq icra hakimiyyəti orqanlarında məsuliyyət və cavabdehlik mühitinin inkişaf etdirilməsinə xidmət göstərəcək.”

Cəsarət Hüseynzadə bildirib ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən müxtəlif sahələrdə islahatlar aparılır, struktur dəyişiklikləri həyata keçirilir.  Vətəndaş cəmiyyəti sektoru da bu proseslərə adekvat münasibət göstərməli, fəaliyyətini yeni forma və metodlarla qurmalıdır. Bunun üçün də ictimai nəzarətin gücləndirilməsi, müxtəlif sektorlarda inkişafın təmin olunmasında VCT-lərin rolunun genişlənməsi vacibdir. Bu prosesdə də əsas körpü rolunu oynayan forma ictimai iştirakçılıqdır.

İctimai iştirakçılığın daha çox təsir imkanlarının olması İctimai Şuralar vasitəsi ilə mümkünlüyü ehtimal olunur. Bu baxımdan ictimai şuraların fəaliyyətinin genişlənməsi istiqamətində təbliğat işlərinin aparılması ehtiyac duyulan əsas məqamlardadır.

Təşkilat sədri qeyd edib ki, layihə çərçivəsində  İctimai Şuralar  ilə əməkdaşlıq əlaqələri qurulacaq, onların fəaliyyəti və tədbirləri ilə bağlı informasiyalar hazırlanaraq qht.az saytında yayımlanacaq.
Eyni zamanda İctimai Şuraların fəaliyyəti və tədbirləri ilə bağlı  reportaj, müsahibələrin hazırlanması və canlı yayımların həyata keçirilməsi nəzərdə tutulur. Multimedia fəaliyyəti QHT TV internet televiziyası vasitəsilə həyata keçiriləcək.
Cəsarət Hüseynzadənin sözlərinə görə, rəhbərlik etdiyi təşkilat  pandemiya dövrünü nəzərə alaraq, aprel – iyun aylarında layihəyə tövhə olaraq “ Koronavirus pandemiyası dövründə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinin onlayn təbliği" mövzusunda Canlı Yayımlar  da təşkil edib. 22 canlı yayımda 29 QHT rəhbərinin iştirakı ilə müxtəlif mövzularda müzakirələr aparılıb.
Canlı Yayım "İctimai Baxış" proqramı adı altında baş tutub və   sosial şəbəkələr (Facebok, Youtube, Twitter, Periscope) və QHT TV ixtiaslaşmış internet televiziya vasitəsilə yayımlanıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !