Masallıda bir qrup gənc əsgərə salam aksiyası keçirmişdir - -FOTO=2(AZpressAZ) Ə.Şükürov

Masallıda bir qrup gənc əsgərə salam aksiyası keçirmişdir -FOTO=2(AZpressAZ) Ə.Şükürov

22 iyul 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına parkda İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə iştrak edən əsgərlərimizə dəstək olaraq bir qrup Masallı rayon gəncləri əsgər salamı aksiyası keçirmişdir.
Əsgərə salam aksiyasının məqsədi İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə iştrak edən əsgərlərimizə dəstək olaraqdır. Bu gün Azərbaycan hərbi qüdrətə malikdir. Dünyada inkişaf etmiş ordular sırasında yer alır. Şübhəsiz ki, ordumuzun əsasını gənclər təşkil edir. Buna görə də, gənclərin fiziki və mənəvi inkişafına, onların hərbi vətənpərlik ruhunda tərbiyəsinə böyük önəm verilir. Fiziki sağlamlığın qorunmasına göstərilən qayğı Azərbaycan gənclərinin sağlam ruhda böyüməsinə, eyni zamanda, gənclərimizin vətənin sadiq keşikçilərinə çevrilməsinə zəmin yaradır. Gənclərin vətənə və dövlətə sədaqət, respublikanın ərazi bütövlüyünün müdafiəsinə daim hazır olmaq ruhunda tərbiyə olunması müharibə şəraitində yaşayan ölkəmizdə günümüzün vacib məsələlərindəndir.Bu baxımdan Ali Baş Komandanın çağırışına cavab olaraq Masallı rayon gəncləri də könüllü olaraq Ordu sıralarına yazılmaqda davam edir.
Biz Masallı gəncləri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə hazırıq!
ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !