Masallıda Azərbaycan Milli Mətbuatının 145 illiyi ilə bağlı onlayn tədbir keçirilib - -FOTO=2(AZpressAZ) Ə.Şükürov

Masallıda Azərbaycan Milli Mətbuatının 145 illiyi ilə bağlı onlayn tədbir keçirilib -FOTO=2(AZpressAZ) Ə.Şükürov

Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi koronavirus pandemiyası ilə əlaqədar respublikada tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla keçirilib.
İyulun 22-də Masallı rayonunda Jurnalistika və Milli Mətbuat Günü onlayn qaydada qeyd edilib.
Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən virtual tədbirə respublikanın aparıcı informasiya agentliklərinin,
qəzetlərinin və telekanalların bölgə müxbirləri, regional qəzetlərin baş redaktorları, yerli qəzetin əməkdaşları, təhsil və
mədəniyyət işçiləri, ziyalı və ağsaqqallar qoşulublar.
Bayram tədbirini giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova iştirakçıları İcra başçısı Şahin Məmmədovun adından salamlayaraq
jurnalistləri 22 iyul – Milli Mətbuat günü münasibəti ilə təbrik edib. O, bildirib ki, böyük maarifpərvər ziyalımız Həsən bəy
Zərdabinin açdığı cığırla Azərbaycan Milli Mətbuatının əsası qoyuldu. “Əkinçi” qəzetinın işıq üzü görməsi ilə Azərbaycan
jurnalistikası tarixə, mədəniyyətimizə öz əbədi möhürünü vurdu. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi
kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat var. Hazırda müstəqil mətbuatın
formalaşması və inkişafına xidmət edən siyasət Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məhz bunun bariz nümunəsidir ki, Milli Mətbuatımızın yaranmasının 145 illiyinin qeyd olunması ilə bağlı ölkə rəhbərinin 30
iyul 2020-ci il tarixli sərəncamı hər birimiz tərəfindən sevinclə qarşılanır. Sevindiricidir ki, dövlətimiz dünyanı başına
götürmüş koronavirus bəlasının davam etdiyi şəraitdə belə, Azərbaycan Milli Mətbuatına, onun keçdiyi tarixi və şərəfli yola,
müasir medianın inkişafına bu qədər önəm verir.
Masallı rayonunda da 22 İyul Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə rayon icra hakimiyyəti tərəfindən müvafiq
tədbirlər planı hazırlanmışdır. Bugünkü tədbir də adı çəkilən tədbirlər planının tərkib hissəsidir.
A.Qafarova KİV əməkdaşlarına yeni yaradıcılıq uğurları arzulayıb.
Jurnalistlərdən Bağır Əliyev (AZƏRTAC), Əlisəfa Həsənov ("Respublika" qəzeti), Pərvanə Əliyeva (Az.TV), Rövşən Əzimov
(SPACE), Asəf Əhmədov (“Report”), İsmayıl Cəfərli ("ARB"), Əlihüseyn Şükürov ("Yeni həyat" qəzeti), Zahir Əmənov (“Cənub
xəbərləri” internet qəzeti), Cəfər Cəfərov (“Asiya.az”), eləcə də Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev,
MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru,
Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva, 2 nömrəli Regional “Mətbuat Yayım” İdarəsinin rəisi Əbülfəz Nuriyev, Masallı
şəhər 2 saylı, Xırmandalı və Qızılavar kənd tam orta məktəblərinin direktorları Mehriban Əzizova, Kamal Təhməzov, Lətifə
Qənbərzadə ölkəmizdə mətbuatın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıblar, dövlətə,
dövlətçiliyə, xalqa sədaqətlə xidmət edənjurnalistlərin çətin, məsuliyyətli vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini
nəzərə çatdırıblar.
Jurnalistlər Masallıda media qurumları ilə işin peşəkar səviyyədə qurulduğunu və ərazidə görülən işlər barədə məlumatları
rayonun sosial şəbəkələrdəki səhifələrindən, internet saytından operativ şəkildə əldə edə bildiklərini qeyd ediblər,
məlumatların peşəkar səviyyədə hazırlanması və informasiya mübadiləsinin operativliyinin təmin olunmasına, o cümlədən
ənənəvi olaraq Masallıda keçirilən tədbirə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda Azərbaycanın maraq və mənafelərinin müdafiəsində jurnalistlərin rolu önə çəkilib, dövlət başçısının media
qarşısında qoyduğu vəzifələr xatırlanıb. Həmçinin bu günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu
istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatlar barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında
KİV-lərin önəmli fəaliyyəti gündəmə gətirilib. Sosial şəbəkələrdə informasiyalar yayarkən ölkəmizin mövqeyinin müdafiə
olunması ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciəti diqqətə çatdırılıb.
Qeyd olunub ki, respublikamızın ictimai-siyasi həyatında baş verən proseslərin və yeniliklərin dolğun, obyektiv və operativ
işıqlandırılmasında, ictimaiyyətin mütəmadi məlumatlandırılmasında KİV-lər mühüm rol oynayır. İndiki pandemiya
şəraitində mətbuat nümayəndələri də digər peşə sahibləri kimi yorulmadan fəaliyyət göstərirlər.
Vurğulanıb ki, mətbuat günü təkcə jurnalistlərin deyil, bütövlükdə cəmiyyətimizin bayramıdır.
Virtual tədbir Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə media nümayəndələrinin rəğbətləndirilməsi və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin mükafatlandırılması ilə bitib.
Qeyd edək ki, qəzetimizin əməkdaşı Akif Ağayev rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilib.
ƏLİHÜSEYN ŞÜKÜROV,
AKİF VAQİFOĞLU. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !