Parisdə Ermənistanın təxribatlarına etiraz olaraq aksiya keçirilib - - FOTO

Parisdə Ermənistanın təxribatlarına etiraz olaraq aksiya keçirilib - FOTO

Fransanın paytaxtı Paris şəhərində Ermənistanın son hərbi təxribatlarına və Azərbaycana qarşı işğalçılıq siyasətinə etiraz əlaməti olaraq icazəli aksiya keçirilib.


Ermənistanın Fransadakı səfirliyinin binası önündə baş tutan etiraz aksıyasına bu ölkənin müxtəlif şəhərlərində yaşayan 300-ə qədər diaspor fəalımız toplaşıb.


Aksiya zamanı soydaşlarımız Azərbaycanın Dövlət Himnini səsləndirib, vətənpərvərlik mahnıları oxuyublar.


Tovuz cəbhəsində həlak olan şəhidlərimizin şəkillərinin, Azərbaycan, fransız və ingilis dillərində "Qarabağ Azərbaycandır!", "Qarabağ Azərbaycana məxsusdur!", "Ermənistanın işğalçılıq siyasətinə son qoyulsun!" və s. şüarların nümayiş olunduğu aksiyada çıxış edənlər ölkəmizə qarşı Ermənistanın törətdiyi hərbi təxribatları və təcavüzkar siyasəti şiddətlə qınadıqlarını bəyan ediblər. Aksiya iştirakçıları dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın sərt çəkildə cəzalandırılması, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ermənistanın işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.
Ermənistan səfirliyinin qarşısına gələn  ermənilər azərbaycanlıların aksiyasına əngəl törətməyə çalışsalar da heç nəyə nail ola bilməyiblər. Aksiya insidentsiz başa çatıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !