Tibb sahəsində yeni portal - Aztibb.az istifadəyə verilib -

Tibb sahəsində yeni portal - Aztibb.az istifadəyə verilib

Bu günlərdə Azərbaycan internet-media məkanında yeni, çoxşaxəli portal istifadəyə verilib. Portalın ölkə ictimaiyyətinə məhz iyulun 22-də tədqim olunması heç də təsadüfi deyil. Bu gün Azərbaycanda milli mətbuatın yaranmasından 145 il ötür. Aztibb.az portalı ölkə mətbuatının bir parçası kimi, özündə tibb sahəsinə aid ən son yenilikləri ehtiva edir.


Oxucular Aztibb.az portalında səhiyyə sahəsində ölkəmizdə və dünyada baş verən hadisələr, tibbi maarifləndirici məqalələr, tibbi təhsil, eləcə də gündəmin əsas mövzusu olan koronavirus pandemiyası ilə bağlı rəsmi xəbərlər və yeni məlumatlarla tanış ola biləcəklər. Saytda tibbdə informasiya kommunikasiya texnologiyalarının tətbiqinə dair yeniliklər də yer alacaq. Həmçinin insanların sağlamlıq mövzusunda maarifləndirilməsi məsələsinə geniş yer veriləcək: xalq təbabətinə dair maraqlı məlumatlar, dünya mediasında dərc olunan tibbi informasiya və faydalı məlumatlar saytda öz əksini tapacaq.


İstifadəçilər bu saytda ölkənin müxtəlif rayon və şəhərlərində mövcud olan özəl və dövlət tibb müəssisələri ilə bağlı yeniliklər, eləcə də orada fəaliyyət göstərən həkimlərin fəaliyyəti ilə tanış ola biləcəklər.


Aztibb.az-da, həmçinin ölkənin ən tanınmış, peşəkar həkimləri ilə prioritet mövzularda müsahibələr, videoçarxlar, ölkədə fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrinin təşkil etdiyi aksiya və kampaniyalar haqqında məlumatlar, eləcə də tələbələr üçün tibbi dərsliklər yer alacaq.
Portalın kollektivinin əsas məqsədi ictimaiyyətə məlumatları dəqiq və operativ şəkildə çatdırmaq, eləcə də keyfiyyətli məzmun təqdim etməkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !