Cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınmışdır -

Cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınmışdır

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək 20 (iyirmi) il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əsgərov Kənan Afər oğluna qardaşı Əsgərov Sənan Afər oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman xüsusi üsulla gizlədilmiş qab süngərlərin içərisində 19,848 qram narkotik vasitə “marixuana və 1,404 qram narkotik vasitə “heroin” aşkar edilmişdir.
Faktla bağlı araşdırma aparılır.
İctimaiyyətlə əlaqələr şöbəsi
09.07.2020

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !