Masallı şəhər qəbiristanlığında təmizləmə işləri - -FOTO=7 (AZpressAZ) Ə.Şükürov

Masallı şəhər qəbiristanlığında təmizləmə işləri -FOTO=7 (AZpressAZ) Ə.Şükürov

Masallı şəhər dini icmasının rəhbərliyi tədbirlər planına uyğun olaraq tez-tez səliqə-sahman işləri həyata keçirir.
İcma üzvləri bu günlərdə şəhər qəbiristanlığında olmuş, burada abadlıq işləri görmüşlər. Onlar bəzi məzar daşlarını təmizləmiş, qəbiristanlıqdakı qarağac, şeytanağacı kollarını qırmış, ot-ələfləri, bəzi köhnə məişət əşyalarını kənarlaşdırmışlar. Bir neçə gün ərzində qəbiristanlığın bütün sahəsi səliqə-sahmana salınmış, buradakı su xətlərini təmir etmişlər.
Ara məsafəsi saxlanılmaqla icmanın rəhbəri Mirqabil Hüseynov, şəhər ərazi nümayəndəsi Kamal Mazanov, Masallı şəhər cümə məscidinin imamı Hacı Məftun Hüseynov, icma üzvlərindən Tahir Məmmədov, Əhəd Əhədov, şəhər bələdiyyəsinin sədri Azər Baxışov, sakinlərdən Mirnizam Vahabov, Tohid Əbilov, Sübhan Hüseynov, Hikmət Əliyev, Asəf Abdullayev, Arzu Əsgərov və başqaları iməcilikdə fəallıq göctərib.
Şəhər cümə məscidinin imamı Hacı Məftun Hüseynov sakinlərə tövsiyə etmişdir ki, qəbiristanlığa gəlmək, doğmalarını ziyarət etmək Allahın sevdiyi savab işlərdəndir. Bu həm də insanların əbədi uyduğu bu məkanın təmizliyini və abadlığını təmin edəcəkdir.
Şəhər qəbiristanlığında səliqə — sahmanı təmin edəcəkdir.
ƏLİHÜSEYN ŞÜKÜROV,
HƏSƏNAĞA ƏLİYEV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !