Masallıda şəhid mayor Anar Novruzovun məzarı ziyarət edilib - -FOTO=2(AZpressAZ) Ə.Şükürov

Masallıda şəhid mayor Anar Novruzovun məzarı ziyarət edilib -FOTO=2(AZpressAZ) Ə.Şükürov

19 iyul 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Milli Məclisin deputatları Cavanşir Paşazadə və Anar İsgəndərov Masallı rayonunun Ərkivan qəsəbəsində, Ermənistan silahlı qüvvələrinin iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun mayoru Anar Novruzovun məzarını ziyarət ediblər.
Şəhidlik zirvəsini fəth edən digər igid oğullarımız kimi qəhrəman döyüşçü Anar Novruzovun da xatirəsi daim əziz tutulur, ehtiramla yad edilir.
Ziyarətçilər şəhid hərbçilərimizin məzarı önündə şəhid hərbçinin ruhuna dualar oxuyublar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə mayor Anar Novruzovun döyüş şücaətindən danışaraq, onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd ediblər.
Daha sonra ziyarətçilər şəhidin ailə üzvləri ilə görüşüblər. Görüşdə şəhidin oğlu, qardaşları, yaxın qohumları iştirak ediblər.
Şəhid Anar Novruzovun ailə üzvləri bildiriblər ki, əzizlərini itirmək nə qədər çətin olsa da, bir o qədər şərəflidir, çünki Anar Vətən uğrunda, Azərbaycan torpaqlarının azad olunması uğrunda şəhid olub.
Onlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.
Ziyarətçilər şəhid ailəsinin qayğıları ilə maraqlanaraq, Azərbaycan dövlətinin hər zaman onların yanında olacaqlarını, onlara hər cür dəstək göstərəcəyini bəyan ediblər.
ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !