AZAL Moskvadan daha bir çarter reysi həyata keçirmişdir - - FOTO

AZAL Moskvadan daha bir çarter reysi həyata keçirmişdir - FOTO

İyulun 19-da axşam saatlarında AZAL Moskvadan daha bir çarter reysi həyata keçirmişdir.

197 nəfər Azərbaycan vətəndaşı Rusiyanın paytaxtından Bakıya gətirilmişdir.

Reysə "COVID-19" testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılmışdır.  Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !