Kanadada yaşayan azərbaycanlılar da ordumuza dəstək aksiyası təşkil edib - - FOTO

Kanadada yaşayan azərbaycanlılar da ordumuza dəstək aksiyası təşkil edib - FOTO

Kanadada yaşayan azərbaycanlılar,  diaspor fəalları  bu ölkənin Toronto  şəhərində Azərbaycan ordusuna dəstək aksiyası keçiriblər.


Aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin   Ermənistan-Azərbaycan  sərhədinin  Tovuz rayonu istiqamətində  törətdiyi təxribata etirazlarını bidiriblər. Soydaşlarımız Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması, işğal olunmuş torpaqlarımızın azad olunmasını tələb ediblər.


Kanada azərbaycanlıları müxtəlif dillərdə şüarlar səsləndirib, ölkə  ictimaiyyətinin diqqətini münaqişənin acı nəticələri barədə məlumatlandırmağa çalışıblar. Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi bütövlüyü pozulub, hərbçilər şəhid olub, günahsız insanlar, uşaqlar, mülki əhali qətlə yetirilib.


Aksiya iştirakçıları bir daha diqqətə çatdırıblar ki, Kanada höküməti dəfələrlə  Azərbaycanın ərazi bütovlüyünü birmənalı şəkildə dəstəklədiyini və işğalı qınadığını bəyan edib.


Aksiyaya Kanadada yaşayan İsrail və  Türkiyədən olan qardaşlarımız, Azərbaycanı sevən insanlar da qatılıblar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !