Silahlı qüvvələrə dəstək məqsədilə könüllü qanvermə aksiyası keçirilir - - FOTO

Silahlı qüvvələrə dəstək məqsədilə könüllü qanvermə aksiyası keçirilir - FOTO

ETSN-nin əməkdaşları Azərbaycan ordusuna, silahlı qüvvələrə mənəvi dəstəyini qanvermə aksiyası  ilə  bildirib.

 Nazirliyin kollektivi və ekokönüllülər xüsusi karantin rejiminin qaydalarına əməl etməklə qanvermə aksiyasında iştirak edir.

Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürür.

ETSN səhhəti imkan verən hər kəsi qanverməyə, birlik və həmrəylik nümayiş etdirməyə çağırır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !