SOCAR-Petrofac birgə müəssisəsi BP-Azərbaycan ilə treninq xidmətləri üzrə saziş imzalayib -

“SOCAR-Petrofac” birgə müəssisəsi BP-Azərbaycan ilə treninq xidmətləri üzrə saziş imzalayib

“SOCAR-Petrofac” birgə müəssisəsi və BP Azərbaycan şirkəti arasında beynəlxalq əmək haqqının dəyərləndirilməsi və kadrlara dəstək xidmətləri, o cümlədən treninq xidmətləri göstərilməsi üzrə saziş imzalanmışdır.


5 il müddətinə bağlanmış 100 milyon dollar dəyərində saziş beynəlxalq əmək haqqı və kadrlara dəstək xidmətləri, o cümlədən BP-Azərbaycan şirkəti əməkdaşlarının Azərbayanda və ölkə xaricində treninq kursları keçmələri üçün imkan yaradılmasını nəzərdə tutur.


SOCAR-ın kadr, İT və rejim üzrə vitse prezidenti Xalik Məmmədov sazişin imzalanmasını yüksək qiymətləndirərək demişdir: “Son illərdə xidmət sektoru SOCAR-ın korporativ mənfəətinə mühüm töhfələr verir. Bizim Petrofac ilə yaratdığımız birgə müəssisə də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Bu gün biz BP ilə tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmaqdan məmnuniyyət duyuruq və məhsuldar əməkdaşlığımızı davam etdirmək əzmindəyik.


Kadrların peşəkar hazırlığı və peşəkarlığının yüksəldilməsi Sənaye 4.0 dövründə böyük şirkətlər qarşısında duran mühüm  vəzifələrdəndir.  Pandemiya və neft qiymətlərinin enməsi nəticəsində yaranmış çağırışlar baxımından bu, artıq həyati əhəmiyyət  kəsb edir. Aydındır ki, aparıcı neft və qaz şirkətlərinin peşəkar treninq xidmətlərinə tələbatı artmaqda davam edəcək.”


Petrofac şirkətinin treninq xidmətləri biznesi üzrə qlobal rəhbəri Patty Eid demişdir: “BP uzun müddət xidmətlərimizdən istifadə edən önəmli müştərilərdəndir və biz bu şirkətə beynəlxalq əmək haqqı təminatı və kadrlara dəstək xidmətləri, o cümlədən əməkdaşların Azərbayanda və ölkə xaricində treninq kursları keçməsi üçün dəstək vermək əzmindəyik. Petrofac şirkətinin treninq xidmətləri biznesi 2004-cü ildən bəri Azərbaycan  neft, qaz və neft-kimya sənayesində kadr hazırlığı imkanları yaradılmasına xidmət edir. Bu əməkdaşlıq SOCAR kimi mühüm bir tərəfdaş ilə birlikdə regionda fəaliyyətimizin genişlənməsinə əsas yaradır.”



Əlavə məlumat üçün:

SOCAR


İbrahim Əhmədov
İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini
[email protected]

Petrofac Limited   
+44 (0) 207 811 4900


Jonathan Yarr, Head of Investor Relations
[email protected]

Aaron Clark, Investor Relations & Communications Manager
[email protected]


Alison Flynn, Group Head of Communications
[email protected]
+44 (0) 207 811 4913


Tulchan Communications Group
+44 (0) 207 353 4200
[email protected]


Martin Robinson


Redaktorlar üçün qeyd
Petrofac


Petrofac enerji sənayesinə xidmət təminatını həyata keçirən, böyük neft və qaz şirkətlərinin də daxil olduğu şaxələndirilmiş müştəri portfelinə malik aparıcı beynəlxalq şirkətdir.


Petrofac neft, qaz, emal, neft-kimya və bərpaolunan enerji infrastrukturunun layihələndirilməsi, tikintisi, idarə olunması və təkmilləşdirilməsini həyata keçirir. Məqsədimiz müştərilərimizin dünyanın getdikcə artan enerji tələbatını qarşılamaq iqtidarında olması üçün onlara dəstək verməkdir. Bizim altı dəyərimiz – təhlükəsiz, etik, innovativ, çevik, keyfiyyətli və qənaətcil olmağa can atmaq – gördüyümüz hər işin qayəsindədir.


Petrofac-ın əsas bazarları Yaxın Şərq və Şimali Afrika (MENA), Böyük Britaniyanın Şimal dənizi regionlarıdır. Biz burada ölkədaxili dəyərləri diqqət mərkəzində saxlayan səmərəli yerli çatdırılma modeli əsasında  təhlükəsiz, etibarlı və innovativ fəaliyyət qurmuşuq. Biz Hindistan, Cənub-Şərqi Asiya və ABŞ kimi digər mühüm bazarlarda da fəaliyyət göstəririk. Dünya üzrə 31 ofisimiz və 11 500 əməkdaşımız var.


Petrofac London fond birjasında dəyərləndirilir (simvolu: PFC).  
Əlavə məlumat üçün  www.petrofac.com saytına baş çəkin.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !