Gimnastların lisenziya turniri Kiyevdə keçiriləcək İNTİQAM təqdim edir (Azpress.AZ)
Bu xəbəri paylaş
Bədii gimnastika üzrə keçiriləcək Olimpiya təsnifatlı Avropa çempionatının yeri və vaxtı bəlli olub. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata sinyorlar Tokio Olimpiadasına bilet almaq üçün 26-29 noyabr günlərində Ukraynanın paytaxtı Kiyevdə cəmləşəcəklər. Xatırladaq ki, sözügedən turnir bu ilin may ayında keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən turnirin vaxtı dəyişdirilib. Qeyd edək ki, çempionatın reqlamentinə uyğun olaraq, qalib adını qazanan idmançılar Gündoğar Ölkəyə birbaşa bilet almış olacaqlar. Yeri gəlmişkən, Azərbaycanın qrup hərəkətləri üzrə yığması və Zöhrə Ağamirova artıq lisenziyanı özlərinə təmin ediblər.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !


