Tatami ustalarımız əvvəlki məvqeyində qalıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Tatami ustalarımız əvvəlki məvqeyində qalıblar İNTİQAM təqdim edir (AZpress.AZ)

Beynəlxalq Cüdo Federasiyası cüdoçuların korona vivirus pandemiyası üzündən turnirlər keçirməsə də, tatami ustalarının hazırki reytinq cədvəlini yenidən açıqlayıb. Qeyd edək ki, cədvəldə yer alan Azərbaycan cüdoçuları aktivlərində olan əvvəlki xallarla öz məvqelərində qalıblar. 60 kq-da Kəramət Hüseynov (1222 xal) 36, Əhməd Yusifov (746) 47, Davud Məmmədsoysa (666) 55-ci yerdə qalıb. Aktivində 2402 xalı olan Nicat Şıxəlizadə 66 kq-da 16-cı, həmin çəkidə Orxan Səfərov (1712) isə 27-cidir. 73 kq-da tatmiyə çıxan Rüstəm Orucovla (5225) Hidayət Heydərova (3346) gəlincə, onlar müvafiq olaraq, yenə də, 2 və 10-cu pillədə qərarlaşıb. 81 kq çəki dərəcəsində Fuad Fətiyev (1114) 38-ci yerdə qalıb. 3841 xala malik olan Məmmədəli Mehdiyev 8-ci, həmin çəkidə güləşən Tural Səfquliyevsə (463) 72-ci yerdədir. Top-10-da yer alan Elmar Qasımov (3822) 8-ci, onunla eyni çəkudə tatamiyə çıxan Zəlim Kotsayevsə (3099​ 11-ci pillədədir. Ən ağırımız olan Uşanqi Kokuari (+10 kq) 2518 xalla yenə də 16-cıdır. Zəriflərimizə gəlincə. burada da yenilik olmayıb. 48 kq-da tatmiyə çəxan Ayişə Qurbanlı (1467
​ və Leyla Əliyeva (1446) müvafiq olaraq, yenə də 29 və 30-cudur. 52 kq-da Gültac Məmmədəliyeva (1096) 37-ci pillədə qalıb. AleksandraLarisa Florian (57 kq) 1014 xalla 43-cü, həmin çəkidə mübarizə aparan İçinxorlo Munktsedevsə (741) 49-cu yerdə məskunlaşəb. 63, 70 və 78 kq çəki dədrəcəsində olan cüdoçularımızdan heç biri Top-100-də yer ala bilməyib. Lakin qadın yığmamızın lideri İrina Kindzerskaya (4974) isə Top-5-in 4-cü pilləsində bərkiyib.​
İNTİQAM Məmmədov(AZpress.AZ) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !