Mariya Stadnik finalda - İNTİQAM təqdim edir (AZpress.AZ)

Mariya Stadnik finalda İNTİQAM təqdim edir (AZpress.AZ)

Dünya Güləş Birliyi (UWW) rəsmi səhifəsində planetin ən yaxşı qadın güləşçilər arasında virtual yarış keçirir. Turnirə Azərbaycanən qadın yığmasının lideri, dəfələrlə dünya və Avropa çempionu və Olimpiya mükafatçısı olmuş Mariya Stadnik də qatılıb. AVF-dən verilən xəbərə görə, təmsilçimiz artıq finaldadır. Finalda rusiyalı Olimpiya çempionu Natalya Vorobyevə rəqib olan Stadnik bu mərhələyədək kanadalı Olimpiya çempionu Erik Uebini və türkiyəli dünya və Avropa çempionu Yasəmin Adarə üstələyib. Qalib səsvermə yolu ilə müəyyənləşir.​
Xatırladaq ki, iki gün öncə analoji yarış sərbəst güləşçilər arasında keçirilib. Həmin turnirdə üçqat dünya çempionu adını daşıyan həmyerlimiz Hacı Əliyev finalda iranlı Olimpiya çempionu Xasan Yazdaniyə uduzmuşdu.​
Yrei gəlmişkən, dünən UWW-nin İcraiyyə Komitəsinin onlayn iclası keçirilib. AGF-nın prezident əvəzi Namiq Əliyevin də qatıldığı toplantıda birliyin prezidenti Nenand Laloviç çıxış edib. Dünyanı ağuşuna alan pandemiyadan söz açan birliyin bosu bildirib ki, o, qurumun dünyada bvirinci olması üçün əlindən gələni edəcəık. Daha sonra isə toplantıda gələn il Tokioda keçiriləcək Olimpiada, eləcə də 2022-ci ildə keçirilməsi nəzərdə tutulan Yeniyetmələrin Yay Olimpiya Oyunları müzakira edilib. Daha sonra toplantıda qarşıdakı yarışların vaxtı müəyyənləşib. Bəlli olub ki, qurum avqustun 1-dən etibarən təqvim üzrə nazardə tutulan yarışlara start verəcək. Böyüklərin dünya çempionatı isə ilin sonunda baş tutacaq.​
İNTİQAM Məmmədov​ (AZpress.AZ)
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !