Teymur Rəcəbov bir milyonluq turnirdə İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Sabah Azərbaycan şahmatçısı Teymur Rəcbov da daxil olmaqla planetin ən yaxşı 12 qrossmeysterinin iştirakı ilə şahmatın rapid növü üzrə onlayn «Chessable Masters» beynəlxalq turniə start veriləcək. Mükafat fondu 150 min dollar təşkil edən turnirin reqlamentinə əsasən iştirakçılar iki qrupda (A və B) mübarizə aparacaq. Qrup oyunları dairəvi sistem üzrə olmaqla iki dövrədən ibarət olacaq.Qrup oyunları başa çatandan sonra hər qrupda ilk 4 yeri tutan şajmatçı mübarizəni pley-offda davam etdirəcək. Xatırladaq ki, Rəcəbov yer aldığı B qrupunda rusiyalı Yan Nepomniyaşiy, çinli Dinq Lijen, fransalı Maksim Vaşye-Laqrav, amerikalı Fabiano Karuana və hollandiyalı Aniş Qiri ilə qarşılaşacaq. Turnirin A qrupunda isə hazırki dünya çempionu Maqnua Karlsen (Norveç), Xikaru Nakamura (ABŞ), Danil Dubov, Aleksandr Qrişuk, Vladislav Artemyev (hamısı Rusiya) və hindistanlı Pentala Xarikrışna cəmləşib. Yeri gəlmişkən, bəli turnir ümumi mükafat fondu 1 milyon dollar olan "Maqnus Chess Tour" seriyasının bir mərhələ yarışı hesab edilir.
İNTİQAM Məmədov (AZpress.AZ)
Bu xəbəri paylaş

