Masallı Rayon İcra Hakimiyyəti başçısının idmançı Bəhruz Mirzəyevlə görüşü ​ - ƏLİHÜSEYN ŞÜKÜROV (AZpress.AZ)

Masallı Rayon İcra Hakimiyyəti başçısının idmançı Bəhruz Mirzəyevlə görüşü ​ ƏLİHÜSEYN ŞÜKÜROV (AZpress.AZ)

Xəbər verdiyimiz kimi​ Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab​ Şahin Məmmədov Masallı rayonunun​ Viləş kəndində fiziki məhdudiyyətli idmançı Bəhruz Mirzəyevlə görüşmüşdür.
İcra başçısı əvvəlcə Viləş kəndində Aprel şəhidi Nurlan Əsgərlinin adını daşıyan küçənin xatirə lövhəsi önünə tər qərənfillər düzmüşdür.
​ ​ ​ ​ Sonra rayon rəhbəri kənddə 31 yaşlı fiziki məhdudiyyətli idmançı Bəhruz Mirzəyevlə görüşdü.
​ ​ ​ ​ Masallı RİH başçısı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə idmançını təbrik etmişdir.
​ ​ Boccia üzrə İtaliyada keçirilən beynəlxalq səviyyəli açıq regional turnirdə (21-28 oktyabr 2018-ci il) BC 4 kateqoriyasında ölkəmizə qızıl medal qazandırmış Bəhruz Mirzəyev 8 aprel 1988-ci ildə Viləş kəndində anadan olub. Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbini bitirib. Boccia İdman Federasiyasına 2018-ci ilin martından – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəxsi dəstəyilə yaradılan vaxtdan qoşulub. 3 dəfə ölkə birinciliyində iştirak edən bocciaçı ikiqat Azərbaycan çempionu tituluna yiyələnib. Belarusun paytaxtı Minskdə təlim-məşqlərdə iştirak edib. İspaniyanın Madrid şəhərində keçirilən açıq regional çempionatda 12 ölkə arasında Macarıstan, İspaniya və Fransa təmsilçilərini – 20 illik təcrübəyə malik oyunçuları məğlub edib. Azərbaycanda keçirilən Türkiyənin milli komandası ilə yoldaşlıq görüşündə (28 dekabr 2017-ci il ) 3-cü yerin sahibi olub. İtaliyanın Olbiya şəhərində 15 Avropa komandası arasında təşkil olunan yarışlarda, açıq regional turnirdə Bəhruz qızıl, millimiz isə komanda yarışında bürünc medala layiq görülüb.
Tel-Əviv şəhərində keçirilən İsrail açıq çempionatında (18-23 dekabr 2018-ci il) da Bəhruz qızıl medala layiq görülüb.
İdmançı ilə səmimi söhbət edən icra başçısı​ bu gün respublikamızın gündən-günə inkişaf etdiyini bildirərək,ölkəmizdə idman sahəsinə və idmançılara göstərilən diqqət və qayğıdan danışıb. Bildirb ki, bu gün möhtərəm Prezident İlham Əliyevin respublikamızın bütün regionlarında idman sahəsinə və idmançılara göstərdiyi diqqət və qayğı öz bəhrəsini verir. Azərbaycan gündən-günə öz uğurlarını artıraraq idman ölkəsi kimi öz adını güclü dövlətlər sırasına yazdırır.
Ş.Məmmədov gənc Bəhruza dünya çempionu olmağı,​ Azərbaycan Dövlət himnin sədaları altında Bayrağımızın daha da uca zirvədələrdə dalğalanmasını arzu etmişdir.
Sonra İcra hakimiyyətinin başçısı gənc idmançının təəssüratlarını öyrənmişdir.
Tanınmış idmançı öz növbəsində ölkə başçısı cənab İlham Əliyevə, rayonda idman sahəsinə, idmançılara, göstərilən diqqət və qayğıya görə​ İcra başçısına öz təşəkkürünü bildirmişdir. İdmançı qeyd edib ki, Masallı çox dəyişib, gözəlləşib. Bu gün çox seviniriəm ki, idmançılara belə diqqət və qayğı göstərirsiniz. Mən də çalışacağam ki, gələcəkdə ölkəmizin bayrağını daim yüksəklərə qaldırım və Azərbaycanın idman ölkəsi olduğunu bütün dünyaya bir daha sübut edim.
Sonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənabŞahin Məmmədov Bəhruzun yaşadığı evdə onun fiziki məhdudiyyətli atası və qardaşı ilə görüşmüşdür.
ƏLİHÜSEYN ŞÜKÜROV (AZpress.AZ)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !

https://www.facebook.com/wwwazpressaz
https://www.instagram.com/azpress.az/

=================================================================
=================================================================
=================================================================
 
TƏSİSÇİ və BAŞ REDAKTOR :
R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 
e-mail:  
 
WhatsApp:
https://wa.me/994503311111