Karantinin bitməsi ilə bağlı keçirdikləri party başlarına bəla oldu - - VİDEO

Karantinin bitməsi ilə bağlı keçirdikləri “party” başlarına bəla oldu - VİDEO

 Karantinin bitməsi ilə əlaqədar təşkil olunan “party” dostlara baha başa gəlib. Belə ki, onlar koronavirusa yoluxublar və bundan sonrakı günlərini yenidən karantində keçirmək məcburiyyətində qalıblar.
“Daily Mail”in verdiyi məlumata görə, hadisə ABŞ-ın Florida ştatında baş verib.

Tədbirdə ümumilikdə 16 dost olub. Onlar nə maskadan istifadə ediblər, nə də sosial məsafəyə riayət ediblər. Nəticədə, hamısı COVID-19-a yoluxub.
Dostların yığışdığı pivəxana isə dezinfeksiya məqsədilə müvəqqəti olaraq bağlanıb. Hazırda rəhbərlik işçiləri testdən keçirir. Nəticələr onlarda da müsbət çıxsa, müəssisə uzun müddət qapalı olacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !