Mərhum Xalq artistinin arvadı və qızı illər sonra efirdə - – VİDEO

Mərhum Xalq artistinin arvadı və qızı illər sonra efirdə – VİDEO

 “Hacıbaba tamaşaçılar üçün necə dəyərli və sevimli olubsa, mənim üçün də elə olub. O vaxtlar hər bazar günü səhər tezdən oyanıb, onun iştirak etdiyi verilişə (“Səhər görüşləri” proqramı – red.) baxırdım. Heç ağlıma gəlməzdi ki, bir gün onunla görüşəcəyəm, mənə evlilik təklif edəcək, biz ailə quracağıq”.Bu sözləri mərhum Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu xanım “ATV səhər”ə verdiyi müsahibəsində deyib.

Sənətkarın həyat yoldaşı onunla bağlı xatirələrini belə dilə gətirib:

“Birgə həyatımızın ilk yeddi ili gözəl keçdi. Komik rollarına baxmayaraq, həyatda çox ciddi idi. Bəzən özündən çox tez çıxırdı, amma mənə qarşı belə deyildi. Ən böyük xəyalları qızı Şölə ilə bağlı idi”.

Xalq artistinin qızı Şölə isə atasını xatırlamasa da, ona olan bağlılığından söhbət açıb:


“Atam dünyasını dəyişəndə yaşım az idi. Onu tam xatırlamıram. Hər zaman anama və dostlarıma deyirəm ki, ən gözəl səs atamın səsidir. Uşaq olanda arzulayırdım ki, aktrisa olum. İndi başa düşürəm ki, bu, çox çətin sənətdir”.

Qeyd edək ki, Hacıbaba Ağarza oğlu Bağırov 1932-ci ilin iyun ayının 12-də Bakıda anadan olub. O, görkəmli teatr və kino aktyoru, Azərbaycan SSR Xalq artisti, “Şöhrət” ordeni laureatı, Dövlət Musiqili Teatrının direktoru və bədii rəhbəri, “Tənqid-Təbliğ” teatrının direktoru və bədii rəhbəri olub. H.Bağırov 4 oktyabr 2006-ci il tarixində 74 yaşında vəfat edib.

Oxu.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !