Yeni Suraxanı qəsəbə sakininin evindən 1,5 kiloqram marixuana götürülüb -

Yeni Suraxanı qəsəbə sakininin evindən 1,5 kiloqram marixuana götürülüb

Daxili işlər orqanlarının əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Suraxanı qəsəbə sakini M.Balaqədirovun evindən 87 çətənə bitkisi və 1,5 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !