​ WKF Rafael Ağayevin final döyüşünü​ yayımlayacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

​ WKF Rafael Ağayevin final döyüşünü​ yayımlayacaq İNTİQAM təqdim edir (AZpress.AZ)

Dünya Karate Federasiyası (WKF)​ son 10 ildə karate üzrə keçirilən dünya çempionatlarında diqqətçəkən və yaddaqalan bəzi məqamları​ yenidən yayımlayacaq. Maraqlıdır ki,​

WKF-in rəsmi saytının yazydığı məlumata görə​

​ qurum "YouTube" kanalı vasitəsilə ən yaxşı kumite qarşılaşmalarını göstərəcək ki, həmin döyüşlər arasında həmyerlimiz -​ 5​ qat dünya və 11 qat Avropa çempionu adını daşıyan Rafael Ağayevin görüşü də olacaq.​ Qeyd edək ki,​ 35 yaşlı təcrübəli karateçının 2010-cu ildə​ Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının final qarşılaşması təqdim ediləcək. Həmin dueldə karateçimiz italiyalı Luici Busanı məğlubiyyətə uğradaraq karyerasında​ 4-cü dəfə dünya çempionu adını qazanıb.​ Qeyd edək ki, bu​ qarşılaşma iyulun 3-də yayımlanacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !