Şahmat üzrə onlayn qaydada keçirilən rayon birinciliyinə yekun vuruldu - (Əlihüseyn Şükürov, AZpress.AZ. Masallı)

Şahmat üzrə onlayn qaydada keçirilən rayon birinciliyinə yekun vuruldu (Əlihüseyn Şükürov, AZpress.AZ. Masallı)

15-16 iyun 2020-ci il tarixlərində Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-şahmat məktəbinin birgə təşkilatçılığı ilə 15 iyun “Milli Qurtuluş Günü” nə həsr edilmiş 8-12 yaşlı oğlan və qızlar arasında şahmat üzrə onlayn qaydada keçirilən rayon birinciliyinə yekun vuruldu.

50 nəfərdən artıq idmançının iştrakı ilə təşkil edilən yarışın əsas məqsədi koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə uşaq və yeniyetmələrin ev şəraitində vaxtlarını daha da səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması üçün təşkil edilib.

8-12 yaşlı oğlanlar arasında: Talıbzadə Mirseyidəli Araz oğlu birinci yerə, Əkbərov Nuran Nizami oğlu ikinci yerə, Nəbiyev Mirsadiq Əli oğlu üçüncü yerə layiq görülmüşdür.

8-12 yaşlı qızlar arasında: Ağacanova Lalə Rauf qızı birinci yerə, Quliyeva Zeynəb Ruhil qızı ikinci yerə, Əliyeva Leyli Ədalət qızı üçüncü yerə layiq görülmüşlər.

Rayon birinciliyində qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !