Rusiyada azərbaycanlı tələbənin qətlinə görə xüsusi qərargah YARADILDI -

Rusiyada azərbaycanlı tələbənin qətlinə görə xüsusi qərargah YARADILDI

Azərbaycandan olan tələbə Timur Qavrilovun amansız qətlinə görə, Rusiyanın Volqoqrad şəhərində xüsusi qərargah yaradılıb.
Xüsusi qərargaha Volqoqrad İstintaq Komitəsi, cinayət-axtarış idarəsi və digər orqanların təcrübəli müstəntiqləri daxildir.
“Hazırda mərhumun yaxın ətrafı sorğu-sual edilir. Qatilin və öldürülən şəxsin kamera görüntüləri tədqiq olunur”- deyə Rusiya İstintaq Komitəsinin Volqoqrad şəhəri üzrə nümayəndəsi Nataliya Rudnik açıqlama verib.
Xatırladaq ki, 17 yaşlı Timur Qavrilov Volqoqrad Tibb Universitetinin stamotologiya fakultəsinin 1-ci kurs tələbəsi idi. O, Voroşilov rayonunda gecə saatlarında naməlum şəxsin hücumuna məruz qalıb. 20 bıçaq yarası alan gənc yerindəcə keçinib. modern.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !