Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı adlı Beynəlxalq onlayn konfrans keçiriləcək -

“Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı” adlı Beynəlxalq onlayn konfrans keçiriləcək

“Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı: mədəni və ədəbi əlaqələr münasibətlərimizin fövqündə” adlı Beynəlxalq onlayn konfrans keçiriləcəkdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və Özbəkistanın “Kitob dunyosi” qəzetinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı: mədəni və ədəbi əlaqələr münasibətlərimizin fövqündə” Beynəlxalq onlayn konfrans keçiriləcəkdir. Konfrans cari ilin 13 iyun tarixində Bakı vaxtı ilə saat 09:30-da başlayacaqdır.

Konfransda Azərbaycan Milli Məclisin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Gayrat Majid, Özbəkistanın “Kitab dunyosi” qəzetinin baş redaktoru, şairə, tərcüməçi Xosiyat Rustamova, Ə.Nəvai adına Özbəkistan Dövlət Ədəbiyyat Muzeyinin direktoru Jabbor Eshonkulov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun professoru, Azərbaycan-Özbəkistan-Türkmənistan şöbəsinin müdiri Almaz Ülvi Binnətova, Özbək ədəbiyyatşünas alim, dilşünas, tərcüməçi Babaxan Sharif, Özbək tarixçi-araşdırmaçı, jurnalist Shuxrat Salamov, Ə. Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti, Universitetdəki M. Füzuli adına Azərbaycan Mərkəzinin rəhbəri Gülbahar Aşurova, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya fənləri üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Özbəkistanın Termez Dövlət Universitetinin Filologiya fakultəsinin dekanı, filologiya fənləri üzrə fəlsəfə doktoru, "Termez Universiteti” qəzetinin baş redaktoru Obidjon Shofiyev, Özbəkistan Milli Elmlər Akademiyası Dil, Ədəbiyyat, Folklor İnstitutunun dosenti Gülnaz Sattarova, Türkiyənin Qazi Universitetinin müəllimi, filoloq Gülbahar Sattarova, Özbəkistanın “Kitab dünyası” qəzetində “Özbək ədəbiyyatı” bölümünün rəhbəri, tədqiqatçı Raxmat Babojonın iştirakı və çıxışı nəzərdə tutulmuşdur.

İlk öncə konfransda Azərbaycan Milli Məclisin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva giriş sözü ilə çıxış edəcək, Azərbaycan-Özbəkistan arasında dostluq, əməkdaşlıq, Türk Şurası çərçivəsində əlaqələrin genişləndirilməsi və s. haqqında fikirlərini bölüşəcək.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov öz çıxışında konfransın əhəmiyyəti, ötən illərdə iki ölkə arasında mədəniyyət, ümumilikdə humanitar sahədə həyata keçirilən layihələr, mövcud əməkdaşlıq məsələləri, Azərbaycan Mədəniyyət Mərkəzinin gələcəkdə həyata keçirəcəyi layihələr və planlar haqqında məlumat verəcəkdir.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov konfransda giriş sözü ilə çıxış edəcək, iki ölkə arasında dostluq və əməkdaşlıq məsələləri, bu istiqamətdə Dostluq Cəmiyyətinin Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihələri, elm, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı ilə əlaqədar fikirlərini bölüşəcəkdir.

Digər iştirakçılar Azərbaycan-Özbəkistan arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı səfərlərin reallaşdırılması, mədəniyyət, ədəbiyyat sahəsinin aktual məsələləri, problemləri üzrə konfransların, təqdimatların keçirilməsi, tərcümə və nəşr layihələri, mədəniyyət, ədəbiyyat, musiqi günlərinin reallaşdırılması, milli mədəniyyətə dair çoxsaylı materialların, məqalələrin verilməsi, bu mövzuda tədqiqatların artırılması, iki ölkənin mədəniyyət müəssisələri, mətbuat orqanları arasında əməkdalığın genişləndirilməsi və s. mövzular üzrə məruzələr etməsi planlaşdırılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !