MEK onlayn viki-təlimlərində iştirakına görə Azərbaycan Diaspor Könüllülərini təltif etdi -

MEK onlayn viki-təlimlərində iştirakına görə Azərbaycan Diaspor Könüllülərini təltif etdi

 MEK-in direktoru Sevil Zülfüqarova kitabxanada keçirilən onlayn vikipediya təlimlərinin məqsədindən söz açıb. Vikipediyada məqalələrin yerləşdirilməsi ilə bağlı gənclərin maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdiyini deyib.

MEK rəhbəri ölkədə könüllülük hərəkatının geniş vüsət aldığını, MEK-in təşkilatçılığı ilə təlimlərə qoşulan könüllülərin də bu prosesin fəal üzvləri olduğunu qeyd edib. O, diaspor könüllülərinin vikipediya hərəkatına böyük dəstək və töhfə verdiyini söyləyib. Onların vikiensklopediyada müxtəlif dillərdə Azərbaycan həqiqətləri və milli-mədəni irsimizlə bağlı silsilə məqalələr yerləşdirdiyini diqqətə çatdırıb.

Könüllülər də öz növbəsində fəaliyyətləri ilə bağlı təəssüratlarını bölüşüblər. Könüllülük fəaliyyətinin onların bilik və bacarıqlarının inkişafında, gələcək kadr kimi formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Sonda könüllüləri təbrik edən S.Zülfüqarova Vikipediyanın Azərbaycan dili bölməsində uğurlu fəaliyyətlərinə görə xüsusilə fərqlənən Məhərrəmov Mehman, Əzimov Məzahim, Mürşüdlü Rəhiməxanım, Bağırova Aişə, Rişanova Arzu və başqalarına sertifikatlar təqdim edib. Onlara gələcək işlərində uğurlar diləyib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !