Mənzil İstismar Sahəsi Masallı şəhəri ərazisində abadlıq-quruculuq işlərinə başlamışdır +FOTO=3 (Əlihüseyn Şükürov, AZpress.AZ. Masallı)
Bu xəbəri paylaş
Masallı rayon Mənzil İstismar Sahəsi tərəfindən Masallı şəhər Qarabağ 16,18, 26 və 28 küçələrində binaların arası və məhəllə arası yollar kollardan təmizlənir, məişət tullantıları yığılır, küçələrdə insanların hərəkəti üçün, eyni zamanda binaların qarşısında uşaqların asudə vaxtlarının səmərəli keçirmələri üçün şərait yaradılır.
Qeyd etmək istəyirik ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının 1 iyun 2020-ci il tarixli müvafiq Əmri ilə Masallı rayon Mənzil İstismar Sahəsinin rəisi vəzifəsinə Zaur Hacıbala oğlu İbrahimov təyin olunmuşdur.
ƏLİHÜSEYN ŞÜKÜROV.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !

