Zərifə İslamqızı: Mən hər kəsdən nihan oldum...

Zərifə İslamqızı: Mən hər kəsdən nihan oldum...

Mən hər kəsdən nihan oldum... 

Bir əsəbdən sıyrılınca,
Gözlərinə dolan oldum.
Kədərindən anlayınca,
Bir ağlayan kaman oldum...
***
Duymadım təklik harayın,
Tapmadım sənə tək tayın.
Oxundan çıxan o yayın
Hədəfinə nişan oldum...
***
Min bilgənin bilmədiyi,
Ağılından silmədiyi,
Xəyallara gəlmədiyi,
Röyaların yozan oldum...
***
Gülümsəyən gözlərində,
İtər dünya izlərində,
Sənin şirin sözlərində,
Bilmədiyin lisan oldum...
***
Daxilin ruhuna bağlı,
Çarpışardı sollu sağlı,
Anan təki qəlbi dağlı,
Dərdlərinə yanan oldum...
***
Yolun məndən ayrılanda,
Duam ərşə sarılanda,
Bilki, Haqqa çağrılanda,
Dinlədiyin Azan oldum...
***
Sevmədiyin ürək qədər,
Tutmadığın dilək qədər,
Çiynindəki mələk qədər,
Mən hər kəsdən nihan oldum...

 

***********

 

Deyilə bilməyən vidalardayam,
Kimlərsə murada çatmayacaqdır.
Bir də görəcəksən səmalardayam -
Uzatsan əllərin çatmayacaqdır...
***
Sənin həsrətinə çəkdiyim ahım,
Ən üstün təbib də verməz izahın.
Məgər görməzmisən bu bölük ruhum,
O dönük eşqini satmayacaqdır ?!...
***
Vicdanım Tanrıma yalnız çökər diz,
Min doğrular gördüm, min yalanda üz,
Sənə ömür boyu verəcəyim söz - 
Bu qəlbim kimsəyə atmayacaqdır...

 

 

=====

 

 

 

 Tək rəqibim qızım olacaq...

Baxışları baxışımın tam eynisi, 
Gülüşləri düşmənimin qəlb yarası olacaqdır.
Gecələri gözlərinə əgər getməyərsə yuxu, 
Mən şerimdən, hekayəmdən iz qoyacam dünyasına.
Çəkdiyim hər rəsm tablolarından,dünya quracam ona.
Qızımında mənim qədər öz dünyası olacaqdır.
Addımlaya bilmədikcə, qucağıma alıb onu, səmalarda uçuracam qollarımda.
Sonra möhkəm qucaqlayıb, mən onunla fəxr edəcəm.
Belə qızım vardır deyə - O da elə qəlbindəcə fəxr edəcək, belə anam vardır deyə.
Sevdirəcəm ona- bizi var eyləyən Yaradanı
Oxudacam ona- bizi hifz eyləyən duaları...
Yaxınlığa qoymayacam düşmənləri, kəm baxsınlar,
Yaxınlığa qoymayacam zülmətləri,yar olsunlar. 
Görsəm əgər ağlayarsa, günahkara yıxdıracam dünyasını, əlləriylə.
Görsəm əgər xətirinə kim dəyibsə, 
o qəlbsizin daş qəlbini ovudacam sözlərimlə.
Mənim ən böyük sevgimə, 
əgər kimsə tufanıyla qarşı gəlsə, 
Əbədicə qərq edəcəm onu vicdan dənizində...
Sonra isə, gözlərdəki yaşlar ilə, unudulmaz olan bir iz
həsr edəcəm ürəklərdə...

***

 

 

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]