Dərya Uluğ anoreksiya olub? - -FOTO=3

Dərya Uluğ anoreksiya olub? -FOTO=3

Türkiyəli müğənni Derya Uluğ karantin şərtlərinin yumşaldılmasını fürsət bilərək Muğla ərazisinə istirahətə yollanıb.
Qırmızı çimərlik geyimi ilə diqqət çəkən müğənni gəmidə lentə alınan şəkillərini sosial şəbəkədə paylaşıb.
İzləyicilərin bir qismi fotoları bəyənsə də, digərləri "Bu nə qabırğalardır", "Yemək ye, qurumusan", "Anoreksiya olmusan" kimi şərhlər yazıblar.
Aktrisa yazılan rəylərə belə münasibət bildirib:
"İnsanların artıq çəkilərinə lağ edib, arıq olduğum üçün mənə "Sümük torbası" deməyiniz böyük ironiyadır. Sağlam olduğum üçün Allaha şükür edirəm, sizin nə düşündüyünüz isə mənim vecimə deyil".
Xatırladaq ki, D.Uluğ 10 il öncə anoreksiya xəstəliyindən əziyyət çəkib. axsam.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !