Milli Olimpiya Komitəsi OLİMPİYA GÜNÜ tədbirlərini davam etdirir - - FOTO

Milli Olimpiya Komitəsi “OLİMPİYA GÜNÜ” tədbirlərini davam etdirir - FOTO

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, həmçinin RİO-2016 Olimpiya mükafatçısı Rüstəm Orucovun iştirakı ilə Beynəlxalq Olimpiya Günü qeyd olunub. Basketbol və velosiped federasiyalarının idmançıları, Azərbaycan Çerlidinq Federasiyasının Milli yığma komandasıının üzvlərı və futbol fristayleri Nicat Səfərovun qatıldığı tədbirdə insanalrın eyvalanlardan izləməsi üçün maraqlı idman hərəkətləri nümayiş olunub.

Tədbirin əsas məqsədi karantin rejimində yaşayış yerindən ayrılmadan əhali, xüsusilə uşaq və gənclər arasında Olimpiya hərəkatını təbliğ və təşviq etmək olub. Karantin rejiminin bütün qaydalarına riayət olunan tədbir Nəsimi rayonunda binaların əhatəsində yerləşən nümunəvi bir həyətdə baş tutub.

Bina sakinləri əhəmiyyətli tarixi birgə qeyd etmək üçün eyvanlardan öz dəstəklərini əsirgəməyiblər.

QEYD: Tədbiri izləmək yalnız eyvanlardan mümkün olub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !