Bərdə Müalicə-Diaqnostika Mərkəzi publik-hüquqi şəxsin direktorunun işdən azad olunması -

“Bərdə Müalicə-Diaqnostika Mərkəzi” publik-hüquqi şəxsin direktorunun işdən azad olunması

08 İyun 2020-ci il tarixində bəzi xəbər portallarında “Bərdə Müalicə-Diaqnostika Mərkəzi” publik-hüquqi şəxsin direktoru Həsən Fərman oğlu Hüseynovun guya karantin rejiminin tələblərini pozduğu və tibb müəssisəsi daxilində kütləvi yoluxmalara yol verdiyi səbəbindən TƏBİB tərəfindən işdən azad olunduğu bildirilib. Məsələ ilə bağlı bildiririk ki, qeyd edilənlər həqiqəti əks etdirmir və direktor H.Hüseynov digər vəzifəyə keçirilməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib.

Bir daha bütün kütləvi informasiya vasitələrinin nümayəndələrindən xəbər hazırlayarkən diqqətli olmalarını və rəsmi mövqe olmadan məlumatı ictimailəşdirməməyi xahiş edirik.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !