Yayılmış əxlaqsız videoya görə qızını güllələdi, videodakı şəxs başqası çıxdı - -VİDEO

Yayılmış əxlaqsız videoya görə qızını güllələdi, videodakı şəxs başqası çıxdı -VİDEO

Türkiyədə dəhşətli cinayət baş verib. Ankaranın Çubuk kəndində ata 18 yaşlı qızını güllələyərək qətlə yetirib.
Hadisə atanın qızını başqası ilə səhv salması səbəbindən baş verib.
Belə ki, 51 yaşlı Harun Yıldız internetdə qızına oxşayan birinin əxlaqsız videosunu görüb. O, videodakının 18 yaşlı qızı Şeyma Yıldız olduğunu zənn edib. Lakin qız atasına həmin videodakının o olmadığını bildirib.
Qız and-aman etsə də, ata ona inanmayıb. Qəzəblənən ata odlu silahı götürərək qızını güllələyib.
Sonradan araşdırma aparılıb və videodakı qızın Şeyma Yıldız olmadığı məlum olub. Şeyma Yıldızın meyitindən 9 güllə aşkarlanıb.
Hadisəni törədən qatil ata tutulub. O, törətdiyi əməli etiraf edib. 51 yaşlı Harun Yıldızın əməlinə məhkəmə qiymət verəcək.
Hadisədən sonra sosial şəbəkələrdə qatil ata pislənib və etirazlara səbəb olub. Bir çox insan Harun Yıldızın edamını tələb edib.
medianews.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !