Paytaxt sakinindən 1,5 kiloqramdan çox heroin götürülüb
Bu xəbəri paylaş
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin, Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdən isə 1,5 kiloqramdan çox heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !