Binəqədi Gənclər Evi “ 28 may- Respublika Günü” münasibətilə “Virtual GəncLİK” Digital Forum həyata keçirib!
Bu xəbəri paylaş
Binəqədi Gənclər Evi tərəfindən “ 28 may- Respublika Günü” münasibətilə 350-dən çox gəncin iştirakı ilə “Virtual GəncLİK” Digital Forum həyata keçirilib!
28 may, 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı və Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə 350-dən çox gəncin iştirakı ilə "Virtual GəncLİK" Digital Forum həyata keçirilib.
Qeyd edək ki, Forum “28 may Respublika günü"nə həsr olunub və post pandemiya dövrünü nəzərə alaraq onlayn formatda zoom,instagram və whatsapp messenger proqramları vasitəsilə keçirilib.
Forumun açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, daha sonra forumda gənclərin maraqlarına xidmət edən müxtəlif fəaliyyətlər keçirilib:
“Yoqa saatı”, “Bacarıqlarını paylaş”,”Konfrans”, “Böyük şahmat taxtası”, “Canlı konsert”, “Xəmsə Milli İntellektual Oyun”.
Forumun rəsmi hissəsi olan “Konfransda” Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Aygün Əliyeva və Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev iştirak ediblər.
Rəsmilər çıxışı zamanı “28 May Respublika” tarixi haqqında gənclərə məlumat verib, Azərbaycan Gəncinin milli maraqlara, milli-mənəvi dəyərlərə olan bağlılığının artmasının, vətənpərvərlik və dövlətçilik ənənələrinin formalaşmasının vacibliyini qeyd ediblər.
Konfransın sonunda “28 May Respublika günü” videoçarxı izlənib.
Forum çərçivəsində post pandemiya dövründə Binəqədi Gənclər Evinin onlayn formatda davam edən fəaliyyətləri haqqında gənclərə məlumat verilib və onların təklifləri qeyd olunub
Bu xəbəri paylaş







