Luici Villari: İrəvanın azərbaycanlı əhalisi ermənilərdən daha zəngin idi -

Luici Villari: “İrəvanın azərbaycanlı əhalisi ermənilərdən daha zəngin idi”

Azərbaycanlıların Ermənistandan deportasiyası etnik cinayətdir. Bu deportasiya xüsusi qəddarlıqla və dövlət orqanları tərəfindən həyata keçirilirdi.
1865, 1886 və 1916-cı ildə İrəvan quberniyasında Çar Rusiyasının həyata keçirdiyi əhalinin siyahıya alınmasına nəzər yetirdikdə, maraqlı nəticələrlə qarşılaşırıq. Belə ki, 1886-cı ildə İrəvan quberniyasında 165.811 nəfər azərbaycanlı (əhalinin 37,9%-i), 240.000 (54,8%) erməni yaşayırdısa, 1886-cı ildə müvafiq olaraq 251.057 nəfər azərbaycanlı (37,4%), 375.700 erməni (56%), 1916-cı ildə 374.482 nəfər azərbaycanlı (33,4%), 669.871 (59,8%) erməni yaşayırdı.
Brokqauz və Yefron ensiklopediyasının XX əsrin əvvəllərinə olan məlumatına görə, azərbaycanlılar “Rusiya Ermənistanının demək olar ki, bütün ərazilərində” məskunlaşmışdılar. İrəvan quberniyasında onların sayı təxminən 300 min nəfər və ya 37,5 faiz idi. Əsasən kənd yerlərində yaşayırdılar, maldarlıq və xalçaçılıq ilə məşğul idilər. Azərbaycanlılar say etibarilə İrəvan quberniyasının yeddi qəzasından üçündə, o cümlədən də İrəvanda üstünlük təşkil edirdilər. Burada əhalinin 49 faizi azərbaycanlılar, 48 faizi isə ermənilər idi.
1905-ci ildə regiona səfər edən səyahətçi Luici Villari məlumat verirdi ki, İrəvanın azərbaycanlı əhalisi ermənilərdən daha zəngin idi. Kəndlilərin əksəriyyəti ermənilər olsa da, torpaqların əksəriyyəti azərbaycanlılara məxsus idi.
Sovet dövründə azərbaycanlıların Ermənistan ərazisindən köçürülməsi prosesinə İ.Stalinin əmri ilə başlanıb. 1945-ci ilin noyabrında VK(b)P MK xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına repatriasiyasına icazə verildi və SSRİ Xalq Komissarları Sovetinin müvafiq qərarı mətbuatda dərc olundu. 23 dekabr 1947-ci ildə isə “Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Sovetinin qərarı çıxdı. Həmin qərara uyğun olaraq 1948-1950-ci illərdə 100 min azərbaycanlı əhali Ermənistandan köçürüldü.
http://www.sultanov.azeriland.com saytının materialları əsasında hazırlanıb. 1905.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !