Yeni tip rabitələr mövzusunda onlayn mühazirə keçəcək -

“Yeni tip rabitələr” mövzusunda onlayn mühazirə keçəcək

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” ETL-nın aparıcı elmi işçisi, Portuqaliyanın Lissabon Universitetində  uzunmüddətli elmi ezamiyyətdə olan kimya elmləri doktoru Kamran T. Mahmudov 19 may 2020-ci il saat 15:00-da BDU-nun tələbələri üçün Microsoft Teams platforması üzərindən “Yeni tip rabitələr” mövzusunda onlayn mühazirə keçəcəkdir.

Virtual mühazirədə iştirak etmək istəyən şəxslərin 18 may 2020-ci il saat 17:00-dək  [email protected] ünvanına müraciət etməsi xahiş olunur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !