AQTA-nın fitosanitar müfəttişləri fındıq bağlarında monitorinq keçirib - - FOTO

AQTA-nın fitosanitar müfəttişləri fındıq bağlarında monitorinq keçirib - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir.

Bu məqsədlə AQTA-nın fitosanitar müfəttişləri tərəfindən Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında, eyni zamanda Gürcüstanla həmsərhəd ərazilərdə xüsusi təhlükəli zərərli orqanizm olan mərmər bağacığına (Halymorpha halys) qarşı monitorinq keçirilib. Monitorinq zamanı mərmər bağacığı aşkar edilməyib.

Təsərrüfat sahiblərinə mərmər bağacığının inkişafı, yayılma yolları, zərərləri barədə ətraflı məlumat verilib, oxşar zərərvericilər aşkarlandıqda AQTA-nın regional bölməsinə müraciət etmələri tövsiyə olunub. Onlara sözügedən zərərli orqanizmlə bağlı Agentlik tərəfindən hazırlanmış “Bitkilər üçün yeni təhlükə mənbəyi” adlı bukletlər paylanılıb.

Sonda təsərrüfat sahiblərinin sualları cavablandırılıb.

Qeyd edək ki, növbəti monitorinqlərin may ayında keçirilməsi nəzərdə tutulub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !