Balıq ovlayanlara xəbərdarlıq edildi - - CİDDİ CƏZA GÖZLƏYİR

Balıq ovlayanlara xəbərdarlıq edildi - CİDDİ CƏZA GÖZLƏYİR

Balıqların kürütökmə dövrü ilə əlaqədar balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edirik ki,  may ayının 1-dən sentyabrın 1-dək elan olunan  moratorium müddətində balıq ovlanmasını dayandırsınlar,  balıqların təbii artımına və çoxalmasına bilavasitə maneə yaradan əməllərdən çəkinsinlər.

Qadağan olunan vaxtlarda və qadağan olunmuş   vasitələrlə balıq ovlanması ölkəmizin su bioresurslarının, o cümlədən də əhalinin qida rasionunda zəruri yer tutan balıq məhsullarının tamamılə azalmasına, hətta bəzi növlərin nəslinin kəsilməsinə şərait yaradır.

Ona görə də bütün balıqçılara tövsiyə edirik ki, müəyyən olunmuş tələblərə əməl etsinlər və sivil balıqçılıq qaydalarını mənimsəsinlər.

Əks təqdirdə, tələblərə məhəl qoymayan, balıq ovuna davam edən şəxslərə qarşı Su Nəqliyyatında Polis İdarəsi tərəfindən qanunamüvafiq tədbirər görüləcək, cinayət işinin açılmasınadək ciddi cəza tədbirləri tətbiq olunacaq.

Su Nəqliyyatında Polis İdarəsi Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə
ölkənin su hövzələrində əməliyyat və nəzarət  tədbirlərini davam etdirir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !